3 may 2026. Bazar günü

Alveş tezliklə həbsdən çıxacaq


  • Offside
  • 16:07 25.03.2024
  • Oxunma sayı: 196
Alveş tezliklə həbsdən çıxacaq

Braziliya millisinin sabiq futbolçusu Daniel Alveş 1 milyon avro məbləğində girov ödəyib və futbolçu tezliklə həbsxanadan çıxacaq.

90deqiqe.Az xəbər verir ki, 40 yaşlı sabiq futbolçunun pasportları götürüləcək və ondan hər həftə məhkəməyə məlumat verməsi tələb olunacaq.

Artıq vəsaitin məhkəmənin hesabına köçürüldüyü, həbsxana rəhbərliyinin futbolçunu azadlığa buraxacağı bildirilir.







Offside