27 iyul 2024. Şənbə

Parisə yollanacaq 11 idmançı


  • Offside
  • 11:03 26.03.2024
  • Oxunma sayı: 127
Parisə yollanacaq 11 idmançı

Ölkə gimnastika tarixində növbəti ilk yaşanıb. Azərbaycan Gimnastika Federasiyasının açıqlamasına görə, batut gimnastikasından Paris-2024 Yay Olimpiya Oyunlarına idmançımız yollanacaq. Lisenziyanı təmin edən Selcan Mahsudova Fransa paytaxtına yollanacaq komanda üzlərinin sayını 11-ə yüksəldib. Xatırladaq ki, bu gimnastikadan əldə edilən ikinci lisenziya olub. Daha əvvəl bədii gimnast Zöhrə Ağamirova bu naliyyətlə yadda qalıb.

Qeyd edək ki, Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında gümüş medal qazanan sərbəst güləşçi Maqomedxan Maqomedov, ilk yeri tutan yunan-Roma güləşçisi Həsrət Cəfərov və reytinq xalları yüksək olan Sənan Süleymanov pəhlivanlarımızdan lizenziya qazanan adlardır.

Son uğuru Portuqaliyanın Leiria şəhərində keçirilən Avropa Kubokunda olan və ötən il olimpiyadaya lisenziyanı təmin edən Anna Skidanla yanaşı, taekvondoda Qaşim Maqomedov, atıcılıqda isə Ruslan Lunyov yayda ölkəmizi təmsil etmək hüququ qazanıblar.

Daha 3 lisenziya isə boks millimizdən gəlib. Ötən il Murad Allahverdiyev və Məhəmməd Abdullayev bu ada yiyələnmişdilərsə, qısa müddət əvvəl İtaliyanın Busto-Arsitsio şəhərində keçirilən I Dünya Olimpiya Təsnifat Turnirində çempion olan Nicat Hüseynov Paris 2024-ə getmək hüququ əldə edib.

Əlavə edək ki, Paris-2024 Yay Olimpiya Oyunları iyulun 26-dan avqustun 11-dək keçiriləcək.







Offside