27 iyul 2024. Şənbə

Qabiqol 2 il müddətinə diskvalifikasiya olundu


  • Offside
  • 16:33 26.03.2024
  • Oxunma sayı: 77
Qabiqol 2 il müddətinə diskvalifikasiya olundu

"Flamenqo"nun hücumçusu Qabiqol kimi tanınan Qabriel Barbosa dopinq testi zamanı fırıldaqçılığa cəhd etdiyi üçün iki il müddətinə diskvalifikasiya olunub.

90deqiqe.Az xəbər verir ki, Qabiqol 8 aprel 2023-cü ildə antidopinq testini təxirə salan yeganə oyunçu olub. O, testdən keçərkən, onun prosedurlara və göstərişlərə məhəl qoymadığı və sınaqda iştirak edən komandaya hörmətsizlik etdiyi məlum oldu.

"Flamenqo"nun açıqlamasından məlum olduğu kimi, Barbosa bu qərardan şikayət etməyi planlaşdırır. Bununla belə, o, daha ağır cəza ala bilərdi, çünki dopinq testində fırıldaqçılıq ittihamı maksimum dörd il diskvalifikasiya cəzasını nəzərdə tutur.

 







Offside