27 iyul 2024. Şənbə

Karlos Alkaras Lorentso Musettini yenə məğlub etdi - VİDEO


  • Offside
  • 10:26 27.03.2024
  • Oxunma sayı: 67
Karlos Alkaras Lorentso Musettini yenə məğlub etdi  - VİDEO

Mayami turnirinin 1/8 final mərhələsində dünya reytinqinin 2 nömrəsi olan ispaniyalı Karlos Alkaras italiyalı Lorentso Musetti ilə üz-üzə gəlib.

90deqiqe.az bu rəqibi ilə keçirdiyi 4 görüşdən üçündə qələbə qazanan Alkaras yenə matçda üstün tərəf olub. O ilk seti 6:3 öndə tamamlayıb. Musetti ikinci setdə vəziyyəti dəyişməyə çalışsa da, yenə eyni hesabla uduzaraq, mübarizəni dayandırıb. Alkarasın 1/4 finaldakı rəqibi bolqarıstanlı Qriqor Dimitrov olacaq.

Daha bir görüşdə reytinqdə üçüncü olan İtaliyanı təmsil edən digər raketka ustası Yannik Sinner avstraliyalı Kristofer O`Konnel ilə qarşılaşıb. İlk setdə avstraliyalı tennisçi 4:2 önə çıxıb. Lakin ardıcıl 4 geym qazanan Sinner qələbə qazanıb. İkinci setdə rəqibinə cəmi üç geym verən Yannik Sinner mərhələ adlayıb. O, yarımfinala çıxmaq uğrunda çexiyalı Tomas Maxaçla qarşılaşacaq.

Qadınların mübarizəsində isə 1/4 final mərhələsi başlayıb. Burada Viktoriya Azarenka ilə qazaxıstanlı Yuliya Putintseva ilə üz-üzə gəlib. İlk setdə uzun müddət Putintseva üstün olsa da, sonda Azarenka tay-breykdə qalib gəlməyi bacarıb. Lakin növbəti setdə qazaxıstanlı tennisçi rəqibinə cəmi bir geym verməklə hesabı bərabərləşdirib. Toparlanan Azarenka sonuncu seti 6:3, görüşü isə 2:1 qalib bitirərək yarımfinala yüksəlib.







Offside