15 aprel 2024. Bazar ertəsi

Azərbaycan Voleybol Federasiyası daha bir layihəyə start verir


  • Offside
  • 14:30 27.03.2024
  • Oxunma sayı: 60
Azərbaycan Voleybol Federasiyası daha bir layihəyə start verir

Azərbaycan Voleybol Federasiyası (AVF) məşqçilərin inkişafı istiqamətində daha bir layihəyə start verəcək.

90deqiqe.Az xəbər verir ki, AVF bu dəfə “Aşağı yaş qrupu məşqçilərinin inkişaf” seminarını təşkil edəcək.

Davamlı olaraq keçiriləcək seminar ilk dəfə martın 28-də və 29-da Gəncədə baş tutacaq. Burada Bakıda və bölgələrdə fəaliyyət göstərən 40-a yaxın məşqçi-müəllim iştirak edəcək. Seminar nəzəri və praktik dərslərdən ibarət olacaq.

Dərslər FİVB-nin məşqçi-instruktoru, “Azərreyl”in baş məşqçisi Cengiz Akarçeşme, yeniyetmə və gənc qızlardan ibarət milli komandaların rəhbəri Şahin Çatma tərəfindən keçiriləcək.

Qeyd edək ki, seminara qatılan hər bir mütəxəssisə iştirakçı sertifikatı veriləcək. Bu seminarı başa vuracaq məşqçilər AVF-nin keçirəcəyi "Level" kateqoriyalı seminarlarda iştirak hüququ qazanacaqlar.







Offside