8 sentyabr 2024. Bazar günü

Bu gün Böyük İpək Yolu beynəlxalq boks turnirinin final qarşılaşmaları keçiriləcək


  • Offside
  • 11:07 28.03.2024
  • Oxunma sayı: 107
Bu gün Böyük İpək Yolu beynəlxalq boks turnirinin final qarşılaşmaları keçiriləcək

Bu gün saat 14:00-da Boks Mərkəzində Bakıda kişi boksçular arasında keçirilən ənənəvi Böyük İpək Yolu beynəlxalq boks turnirinin final qarşılaşmaları və mükafatlandırma mərasimi təşkil olunacaq.

90deqiqe.az xəbər verir ki, Tədbirdə gənclər və idman naziri Fərid Qayıbov və Boks Federasiyasının prezidenti Sahil Babayev də iştirak edəcək.

Qeyd edək ki, 11 ölkənin 121 idmançısının qatıldığı yarışda finallarda rinqə çıxacaq boksçularımızın sayı 6-ya yüksəlib. Daha öncə Murad Allahverdiyevlə (86 kq) Alfonso Dominqes (92 kq) də bu hüquqa yiyələnib. Onlar müvafiq olaraq, Xasmaqomed Cavatxanov (Rusiya) və Toqambay Sadindiklə (Qazaxıstan) döyüşəcəklər.

Sərxan Budaqovla (80 kq) Məhəmməd Abdullayevin (+92 kq) ardınca isə Malik Həsənov (63,5 kq), İlqar Salahov (67 kq), Kamran Şahsuvarlı və Mirşərif Kazımzadə (hər ikisi 75 kq) bürünc medallarını rəsmiləşdiriblər. Onlar yarımfinalda məğlub olublar.







Offside

ÇL: "Birbaşa Bakı" 1/4 finalda
  • Offside
  • 16:45 07.09.2024
ÇL: "Birbaşa Bakı" 1/4 finalda