27 iyul 2024. Şənbə

"Minnesota" 20 ildən sonra antirekordu qırıb


  • Offside
  • 12:37 28.03.2024
  • Oxunma sayı: 68
"Minnesota" 20 ildən sonra antirekordu qırıb

NBA mövsümünün final hissəsinə daxil olarkən, Qərb Konfransında ikinci olan "Minnesota", Şərq Konfransında sonuncu olan "Detroit"-u qəbul etdi.

90deqiqe.az xəbər verir ki, rəqibini 106-91 hesabı ilə məğlub edən Minnesota ardıcıl üçüncü, mövsümdə isə 50-ci qələbəsini qazanıb.

Naz Rid 21 xalla komandanın ən məhsuldarı olub, Ceydn MkDaniels 20, Kayl Anderson isə 14 xal toplayıb.

Ardıcıl səkkizinci məğlubiyyətini alan Detroit Pistons üçün 32 xalla matçın bombardiri Keyd Kanninqem olub. Minnesota sonuncu dəfə 2003-04 mövsümündə 50 qələbə qazanmışdı. 1989-cu ildə liqaya qoşulan Timbervulfs beşinci dəfə  mövsümdə 50 qələbə qazanıb.







Offside