- Offside
- 13:25 24.11.2024
Bu gün Türkiyənin Antalya şəhərində cüdo üzrə “Böyük Dəbilqə” turnirinə start veriləcək.
90deqiqe.az xəbər verir ki, ilk gündə Azərbaycanın 3 cüdoçusu iki çəki dərəcəsində mübarizəyə qoşulacaq.
60 kqda yer alan Əhməd Yusifov 1/16 finalda türkiyəli Salih Yıldızla münasibətlərə aydınlıq gətirəcək.
66 kqda yarışan iki təmsilçimiz Ruslan Paşayev və Rəşad Yelkiyevdə bu gün tatami üzərinə çıxacaqlar. Hər iki idmançı yarışa 1/32 finaldan başlayacaq. Paşayev Türkiyənin digər təmsilçisi Muhammed Dəmirəllə, Yelkiyev isə qırğızıstanlı Baibol Salamat Uulu ilə münasibətlərinə aydınlıq gətirəcək.
Qeyd edək ki, martın 31-dək davam edəcək “Böyük Dəbilqə”yə Azərbaycan 9 kişi cüdoçu ilə yollanıb.