27 iyul 2024. Şənbə

Kiçiklər arasında ilk dəfə taekvondo üzrə Azərbaycan çempionatı keçiriləcək.


  • Offside
  • 17:05 29.03.2024
  • Oxunma sayı: 93
Kiçiklər arasında ilk dəfə taekvondo üzrə Azərbaycan çempionatı keçiriləcək.

3-5 aprel tarixlərində Hövsan Olimpiya Kompleksində kiçiklər arasında ilk dəfə taekvondo üzrə Azərbaycan çempionatı keçiriləcək.

90deqiqe.az xəbər verir ki, ümumilikdə bu yarış olimpiya idman növləri arasında həmin yaş kateqoriyasında keçirilən ilk turnir kimi əlamətdardır. 9-11 yaşlı uşaqların mübarizə aparacağı turnirin ideyası isə 2019-cu ildə təşkil olunan Avropa çempionatından sonra yaranıb. Həmin yarışda qüvvəsini sınayan uşaqlarımız gələcək karyeralarında da uğurla çıxış ediblər. İlk dəfə yeniyetmələr arasında dünya çempionu olan Mehdi Budaqlı belə idmançılardandır. Bunu nəzərə alan Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidentləri Hikmət Səmədov və Niyaməddin Paşayev belə bir yarışın keçirilməsi ilə bağlı təşəbüs irəli sürüblər. 

Qeyd edək Kİ, yarışda fərqlənən taekvondoçular Avropa çemponatına yollanacaqlar.  Qitə birinciliyi isə iyun ayında Bolqarıstanda keçiriləcək.







Offside