27 iyul 2024. Şənbə

Basketbol seminarına yekun vurulub - FOTOLAR


  • Offside
  • 09:29 31.03.2024
  • Oxunma sayı: 97
Basketbol seminarına yekun vurulub - FOTOLAR

Azərbaycan Baskesbol Federasiyasının təşkilatçılığı ilə  uşaq məşqçiləri hazırlığı üzrə üç günü əhatə edən seminara yekun vurulub. Təlimlərin sonunda iştirakçıların praktiki  bacarıqları yoxlanılıb. 

90deqiqe.az xəbər verir ki, Azərbaycan Basketbol Federasiyası aşağı yaş qrupları üzrə fəaliyyət göstərən məşqçilərin bilik və bacarıqlarını artırmaq məqsədi ilə həyata keçirdiyi seminara yekun vurulub. Ölkəmizin müxtəlif regionlarından olan mütəxəssislər həmin lisenzyanı əldə etmək üçün üç günlük təlimdə iştirak ediblər. Seminarın ilk günündə iştirakçıların nəzəri bilikləri yoxlanılıb. Dünən isə məşqçilər praktiki bacarıqları üzrə imtahan veriblər. Fərqlənən mütəxəssislərə  “C” kateqoriyalı sertifikat təqdim olunub. Bununla da, onlar 6-12 yaş arası uşaqlara məşqçilik etmək  hüququna yiyələnəniblər.

Qeyd edək ki, Azərbaycan Basketbol Federasiyası avqustda da bu tip seminar təşkil edəcək. Sentyabr ayında isə xüsusi məşqçilik kursları təşkil olunacaq.

 







Offside