22 dekabr 2025. Bazar ertəsi

Kriştianu Ronaldudan növbəti het-trik


  • Offside
  • 11:28 31.03.2024
  • Oxunma sayı: 182
Kriştianu Ronaldudan növbəti het-trik

Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldu Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunda növbəti qollarını vurub.

90deqiqe.az xəbər verir ki, 39 yaşlı hücumçu yerli çempionatın XXV tur matçında het-trik edib. Forvard "Əl-Tai"yə 5:1 hesabı ilə qalib gəldikləri oyunun 65, 67 və 87-ci dəqiqələrində fərqlənib.

O, cari mövsüm liqadakı qollarının sayını 26-ya çatdırıb.

Qeyd edək ki, "Əl-Nəsr" hazırda 59 xalla ikinci pillədə qərarlaşıb.







Offside