- Offside
- 13:25 24.11.2024
Martın 31-də MLS-də “İnter Mayami” ilə Amerikanın “Nyu York Siti” klubu arasında qarşılaşma baş tutub.
90deqiqe.Az xəbər verir ki, Fort Lauderdeyl (ABŞ) şəhərindəki DVR stadionunda keçirilən oyun 1:1 hesabı ilə başa çatıb.
15-ci dəqiqədə meydan sahiblərinin uruqvaylı hücumçusu Luis Suares hesabı açıb.
Hücumçu üçün bu qol MLS-in cari mövsümündə beşinci qol olub. Onun üç də məhsuldar ötürməsi var. Uruqvaylı Amerika çempionatının cari mövsümünün bombardiri siyahısında ikinci pilləyə yüksəlib. O, yalnız altı qolu olan Nyu-Yorklu Lyuis Morqandan geri qalır. Digər üç futbolçu isə Suareslə eyni sayda qol vursa da, onlar ötürmə baxımından Luisdən geri qalırlar.
Xatırladaq ki, Suares bu ilin yanvarında azad agent kimi “İnter Mayami”yə keçib. Əvvəllər o, “Qremio”da və bir sıra Avropanın aparıcı klublarında çıxış edib.