27 iyul 2024. Şənbə

Yannik Sinnerin 3-cü cəhdəki uğuru - VİDEO


  • Offside
  • 11:16 01.04.2024
  • Oxunma sayı: 74
Yannik Sinnerin 3-cü cəhdəki uğuru  - VİDEO

Ümumi mükafat fondu 8,9 milyon ABeŞe dollarından ibarət olan masters seriyalı Mayami turnirinin finalında bolqarıstanlı Qriqor Dmitrovla Avstiraliya Openin son çempionu italiyalı Yannik Sinner üz-üzə gəlib.

90deqiqe.az xəbər verir ki, ilk hissədə 6-3 hesabı ilə güclü olan 22 yaşlı raketka ustası ikinci setdə rəqibinə cəmi 1 geym verib. Bu hissədə isə 6-1 üstün olan Yannik 1 saat 14 dəqiqəyə görüşü xeyrinə tamamlamağı bacarıb. 2021 və 2023-cü illərdə Mayami turnirinin həlledici etapında uduzan Sinner karyerasında ilk dəfə sözügedən yarışın qalibi olub. Ötən mövsüm Devis Kubokunu qazanan italiyalı tennisçi bu titulla karyerasında 13-cü mükafatını qazanıb və reytinq cədvəlində 2-ci sıraya yüksəlib.

O, yalnız aktivində 1015 reytinq xalı olan serbiyalı ulduz Novak Cokoviçdən geri qalır.







Offside