27 iyul 2024. Şənbə

Lebron Ceyms: "Daha vaxtım yoxdur"


  • Offside
  • 14:34 01.04.2024
  • Oxunma sayı: 95
Lebron Ceyms: "Daha vaxtım yoxdur"

Nba da "Los-Anceles Leykers" səfərdə "Bruklin Nets"-i 116-104 hesabı ilə məğlub etdi və bu mövsümdə 42-ci qələbəsini qazandı.

90deqiqe.az xəbər verir ki, qarşılaşmanı 40 xalla tamamlayan Lebron Ceyms matçın ən məhsuldar basketvolçu olub. Ulduz oyunçu matçı 7 ribaund, 5 məhsuldar ötürmə ilə başa vurub. 

Matçdan sonra Ceyms təqaüdə çıxması ilə bağlı açıqlamalar verib.
"Çox uzun müddət deyil. Yəni, daha 21 il oynamayacağam, bu dəqiqdir. Nə olacağını və nə vaxt olacağını bilmirəm. Təqaüdə çıxanda qapı bağlanacaq. amma daha vaxtım yoxdur”

Lebron Ceyms bu mövsüm orta hesabla 25,4 xal, 7,3 ribaund və 8,1 asistlə yadda qalıb.

2003-cü ildə NBA-ya qədəm qoyan ulduz futbolçu karyerasında 4 çempionluq qazanıb.

 

   

 







Offside