- Offside
- 13:25 24.11.2024
Olimpiya Həmrəyliyi Proqramının dəstəyi ilə yeni layihəyə start verilib
90deqiqe.az Azərbaycan Voleybol Federasiyasına istinadən xəbər verir ki, Beynəlxalq Olimpiya Komitəsinin Olimpiya Həmrəyliyi Proqramının dəstəyi ilə start verilən layihə çərçivəsində xüsusi ekspert qrupunun 5 rayona səfəri planlaşdırılıb. İlkin olaraq Gəncə şəhərində 5 müxtəlif növdə - 30 metrəyə qaçış, top atma, hündürlüyə tullanma, çeviklik testi və uzunluğa tullanma üzrə 60dan çox uşaq test edilib.
Layihənin eksperti Hakim İbrahimov uşaqların yoxlanılması ilə yanaşı məşqçilərə gənc idmançılara tətbiq olunan məşqlərin düzgünlüyünü və uşaq yaşdan zədələrin qarşısının alınması üçün müxtəlif metodları izah etdi.