27 iyul 2024. Şənbə

Azərbaycan birinciliyində 362 taekvondoçu mübarizə aparacaq


  • Offside
  • 15:27 02.04.2024
  • Oxunma sayı: 168
Azərbaycan birinciliyində 362 taekvondoçu mübarizə aparacaq

Azərbaycan birinciliyində mübarizə aparacaq kiçik yaşlı taekvondçuların sayı məlum olub.

Azərbaycan Taekvondo Federasiyasından 90deqiqe.Az-a verilən məlumata görə, üç gün davam edəcək və ilk dəfə keçiriləcək yarışda 362 (285 oğlan, 77 qız) idmançı qüvvəsini sınayacaq.

Qeyd edək ki, aprelin 3-də Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Klubunda start götürəcək birincilikdə oğlanlar və qızlar hərəsi 10 çəki dərəcəsi üzrə qalibləri müəyyənləşdirəcək. Yarışlar hər gün saat 09:00-da start götürəcək.







Offside