27 iyul 2024. Şənbə

Bakı kənd və qəsəbələri arasında II minifutbol turnirində ilk turun oyunları keçirilib


  • Offside
  • 16:14 02.04.2024
  • Oxunma sayı: 82
Bakı kənd və qəsəbələri arasında II minifutbol turnirində ilk turun oyunları keçirilib

Bakı kənd və qəsəbələri arasında II minifutbol turnirində ilk turun oyunları keçirilib.

90deqiqe.Az-ın məlumatına görə,  Gənclər və İdman Nazirliyi, AFFA və Bakı Abadlıq Xidmətinin birgə təşkilatçılığı ilə keçirilən yarışda 32 kənd və qəsəbənin 2012-2013-cü il təvəllüdlü uşaqlardan ibarət komandaları 8 qrupda mübarizə aparırlar.

Turnirin açılış günündə Yeni Suraxanı komandası Əmircan üzərində 5:0 hesablı qələbə qazanıb. Nardaran - Kürdəxanı (1:1), Maştağa - Pirşağı (2:2), Zabrat - Sabunçu (1:1), Mehdiabad - Görədil (1:1) və Aşağı Güzdək - Məmmədli (2:2) komandaları arasında görüşlərdə qalib müəyyənləşməyib. Balaxanı isə Ramanadan güclü olub - 1:0.

Növbəti matçların nəticələri aşağıdakı kimidir:

Biləcəri - Saray 3:0

Binəqədi - Masazır 7:0

Bülbülə - Hövsan 1:1

Qala - Şağan - 2:2

Zirə - Türkan 12:0

Qaraçuxur - Əhmədli 3:0

Günəşli - Keşlə 10:1

Şüvəlan - Buzovna 1:1

Mərdəkan - Binə 4:1

Qeyd edək ki, yarışa mayın 10-da final qarşılaşması ilə yekun vurulacaq.







Offside