27 iyul 2024. Şənbə

İsa Rüstəmov Dünya Kubokunda iştirak etdi


  • Offside
  • 10:27 03.04.2024
  • Oxunma sayı: 72
İsa Rüstəmov Dünya Kubokunda iştirak etdi

İsa Rüstəmov Dünya Kubokunda iştirak etdi

90deqiqe.az 31 mart – 11 aprel tarixlərində Tailandın Phuket şəhərində keçirilən ağırlıqqaldırma üzrə Dünya Kuboku davam edir. Paris 2024 Olimpiya Oyunlarına lisenziya xarakterli son turnirdə 121 ölkədən 466 (235+231) atlet iştirak edir. Yarışa Azərbaycan yığma komandasının üzvləri də qatılıblar.

Bu gün təmsilçimiz İsa Rüstəmov körpücük üzərinə qalxıb. O, 73 kq çəki dərəcəsinin D qrupunda qüvvəsini sınayıb. Atletimiz toplam 320 kq (145+175) nəticə göstərib. İsanın yekun sıralamadakı yeri yuxarı qruplardakı yarışlar başa çatandan sonra müəyyənləşəcək.







Offside