- Offside
- 12:55 20.09.2024
Portuqaliya kubokunda yarımfinal mərhələsinin cavab oyunlarına start verilib.
90deqiqe.az xəbər verir ki, “Eştadu de Luş”da “Benfika” və “Sportinq” komandaları üz-üzə gəlib. Oyunun ilk hissəsində tərəflərin bir neçə qol şansı olsa da, fasiləyədək tablodakı rəqəmlər dəyişməz olaraq qalıb.
Görüşdəki əsas hadisələr isə ikinci hissədə cərəyan edib. 47-ci dəqiqədə qonaqların futbolçusu Morten Yulmann möhtəşəm zərbə ilə hesabı açıb. “Qartallar”ın bu qola cavabı isə cəmi 5 dəqiqə sonra gəlib. David Neresin havalandırdığı topu başla qapıdan keçirən Nikolas Otamendi status-kvonu bərpa edib. 55-ci dəqiqədə rəqib qapıçının səhvindən yararlanan Paulinyo “Sportinq”in ikinci qolunu vurub. 64-cü dəqiqədə isə Rafa Silva yenidən hesaba tarazlıq gətirib. Bu, oyunda yadda qalan son hadisə olub. BENFİKA 2, SPORTİNQ 2.
Ümumi hesabda rəqibini 4:3 üstələyən “Sportinq” turnirin finalına vəsiqəni təmin edib. Komanda həlledici görüşdə “Vitoriya Gimaraeş” – “Portu” cütünün qalibi ilə üz-üzə gələcək.
Tərəflər arasında ilk oyun bu gün, cavab qarşılaşması isə aprelin 17-də keçiriləcək.