27 iyul 2024. Şənbə

Azərbaycan çempionatında 1/4 final mərhələsinin matçları start götürüb - FOTOLAR


  • Offside
  • 09:35 04.04.2024
  • Oxunma sayı: 76
Azərbaycan çempionatında 1/4 final mərhələsinin matçları start götürüb - FOTOLAR

Ötən gün minifutbol üzrə Azərbaycan çempionatında 2023/2024 mövsümün 1/4 final mərhələsinin matçları start götürüb.

90deqiqe.az xəbər verir ki, Bakı Tennis Akademiyasında minifutbol üzrə Azərbaycan çempionatının 1/4 final mərhələsinin ilk qarşılaşmaları keçirilib. Əvvəlcə meydana “Zirə” və AZNUR komandalari çixib. Pley-off mərhələsinə qədər uduzmayan “Zirə” komandası gözlənilmədən cari mövsüm turnir cədvəlini 8-ci pillədə bitirən və 1/4 final mərhələsinə qədər irəliləyən AZNUR kollektivinə uduzub. Hər hissədə 1 qol vuran “qırmızılar” yekunda 2 cavabsız topla qalib gəliblər.

Qeyd edək ki, ¼ final mərhələsinin digər matçlarında "Birbaşa Bakı" - "İnter" və "Odlar Yurdu" - "Abşeron” görüşlərində eyni hesab qeydə alinib - 4:1 "Real Bakı" - "Galaxy Baku" oyununda isə qalib müəyyənləşməyib - 1:1. Mərhələnin cavab qarşılaşmaları aprelin 10-u Bakı Tennis Akademiyasında oynanılacaq.







Offside