27 iyul 2024. Şənbə

Kiçikyaşlı taekvondoçular arasında Azərbaycan birinciliyi başlayıb


  • Offside
  • 12:00 04.04.2024
  • Oxunma sayı: 103
Kiçikyaşlı taekvondoçular arasında Azərbaycan birinciliyi başlayıb

Kiçikyaşlı taekvondoçular arasında Azərbaycan birinciliyi start götürüb. Yarışın ilk günündə 6 çəki dərəcəsi üzrə döyüşlər baş tutub.

90deqiqe.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Klubunda təşkil olunan yarışda 6 çəki dərəcəsi üzrə döyüşlər baş tutub.

Həm oğlanlar, həm də qızlar arasında 3 dəst medal sahibini tapıb. Oğlanlar arasında 27 kq-da Rizvan Abdullayev, 40 kq çəkidə Sübhan Rzayev və 44 kq çəki dərəcəsində Şahin Abdullayev birinci olublar. Qızlarda isə 36 kq-da Esmanur Azayeva, 40-da Məryəm Xalidli, 44 kq çəkidə isə Ayan Quliyeva fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Qeyd edək ki, kiçikyaşlı taekvondoçular arasında Azərbaycan birinciliyi ölkəmizdə ilk dəfə təşkil olunur.







Offside