27 iyul 2024. Şənbə

Stolüstü tennis üzrə Azərbaycan çempionatı keçiriləcək


  • Offside
  • 14:13 04.04.2024
  • Oxunma sayı: 65
Stolüstü tennis üzrə Azərbaycan çempionatı keçiriləcək

Aprelin 5-də stolüstü tennis üzrə Azərbaycan çempionatı başlayacaq.

Federasiyadan 90deqiqe.Az-a verilən məlumata görə, “Şüa” idman kompleksində keçiriləcək yarışa ölkənin müxtəlif şəhər və rayonlarını təmsil edən idmançılar qatılacaqlar.

İştirakçılar komanda, şəxsi, qoşa və qarışıq qoşa növlərində mübarizə aparacaqlar. 4 gün davam edəcək turnirdə fərqlənənlərə Gənclər və İdman Nazirliyinin medal və diplomları, həmçinin, Azərbaycan Stolüstü Tennis Federasiyasının mükafatları təqdim olunacaq.

Qeyd edək ki, Azərbaycan çempionatına aprelin 8-də yekun vurulacaq.







Offside