27 iyul 2024. Şənbə

Bakıdakı güləş yarışının açılış mərasiminin proqramı açıqlanıb


  • Offside
  • 16:39 04.04.2024
  • Oxunma sayı: 70
Bakıdakı güləş yarışının açılış mərasiminin proqramı açıqlanıb

5-7 apreldə Milli Gimnastika Arenasında keçiriləcək Avropa Olimpiya Təsnifat turnirinin açılış mərasiminin proqramı müəyyənləşib.

Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən 90deqiqe.Az-a verilən məlumata görə, açılış mərasimi sabah saat 17:30-da başlanacaq.

Tədbirin rəsmi hissəsində Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti, Dünya Güləş Birliyinin (UWW) büro üzvü Namiq Əliyev və UWW-nin vitse-prezidenti Teodoros Hamakos çıxış edəcək.

Açılış mərasiminin bədii hissəsində isə "Talant şou" rəqs qrupunun çıxışı olacaq.

Xatırladaq ki, bu yarışda hər çəkidə 2 güləşçi Olimpiadaya vəsiqə qazanacaq.







Offside