27 iyul 2024. Şənbə

"Mən kola da ala bilmirəm" - keçmiş rəhbər


  • Offside
  • 17:54 04.04.2024
  • Oxunma sayı: 77
"Mən kola da ala bilmirəm" - keçmiş rəhbər

İspaniya Kral Futbol Federasiyasının (RFEF) keçmiş rəhbəri Luis Rubiales haqsız yerə korrupsiyada ittiham olunduğunu deyib.

90deqiqe.Az xəbər verir ki, o, heç vaxt qanunsuz müqavilələr bağlamadığını bildirib.

“Mən heç vaxt qanunsuz müqavilələr bağlamamışam. Siz Mülki Qvardiyanın hesabatını görmüsünüz? Mən hüquq-mühafizə orqanları ilə mübahisə etmək fikrində deyiləm. Şübhələr varsa, onlara aydınlıq gətirəcəyik. Bütün hesablarım bloklanıb, mən hətta kola da ala bilmirəm”

Əvvəllər eks-menecer dindirildikdən və mobil cihazların yoxlanılmasından sonra sərbəst buraxılmışdı. Rubiales gələcəkdə məhkəməyə çağırılacaq. RFEF-in keçmiş rəhbəri bir aydan çox işgüzar işlərlə bağlı qaldığı Dominikan Respublikasından qayıdarkən Madrid hava limanında saxlanılıb.

Xatırladaq ki, martın 20-də İspaniya prokurorluğu Rubialesin həbsinə order vermişdi. Səudiyyə Ərəbistanı ilə İspaniya Superkubokunun ev sahibliyi hüququnun bu ölkəyə ötürülməsini nəzərdə tutan müqavilə ilə bağlı işə görə başlayan RFEF binasında axtarışlar aparılıb. Məsələ burasındadır ki, bu sövdələşmə bağlananda korrupsiya və çirkli pulların yuyulması əlamətləri var idi. Səudiyyə Ərəbistanı ilə müqaviləyə əsasən, RFEF hər il 40 milyon avro qazanır.







Offside