24 oktyabr 2024. Cümə axşamı

Bu gün Olimpiya Təsnifat turnirinə start verilir - FOTOLAR


  • Offside
  • 10:27 05.04.2024
  • Oxunma sayı: 63
Bu gün Olimpiya Təsnifat turnirinə start verilir - FOTOLAR

Bu gün Bakıda güləş üzrə Olimpiya Təsnifat turnirinə start verilir.

Bu gün Milli Gimnastika Arenasında güləş üzrə Olimpiya Təsnifat turniri başlayıb. İki gün davam edəcək və 33 ölkənin iştirak edəcəyi yarışda Azərbaycanı 14 güləşçi təmsil edəcək. Ümumilikdə isə Bakıda 297 idmançı olimpiya oyunlarına vəsiqə uğrunda mübarizə aparacaq. İştirakçı sayına görə Yunan-roma güləşçiləri üstünlük təşkil edir. Bu gün döşəkçəyə klassik növ üzrə 117 idmançı çıxacaq. Millimizin 4 üzvü – 60 kq-da Nihat Məmmədli, 87 kq-da İslam Abbasov, 97 kq-da Murad Əhmədiyev və 130 kq-da Beka Kandelaki ilk yarış günündə lisenziya qazanmağa çalışacaq. Aprelin 6-da qadın güləşi üzrə 83 idmançı qalibin adına aydınlıq gətirəcək. 50 kq-da Mariya Stadnik, 53 kq-da Elnurə Məmmədova, 57 kq-da Jalə Əliyeva, 62 kq-da Birgül Soltanova və 68 kq-da Elis Manolova ölkəmizi bu növdə təmsil edəcək. Son yarış günündə isə 97 sərbəst güləşçi dogma azarkeşlərini sevindirməyə çalışacaq. Bu növdə isə 5 təmsilçimiz – 57 kq-da Əliabbas Rzazadə, 65 kq-da Hacı Əliyev, 74 kq-da Turan Bayramov, 86 kq-da Osman Nurmaqomedov və 125 kq da isə Georgi Meşvildişvili qüvvəsini sınayacaqlar.

 

Xatırladaq ki, Avropa Olimpiya Təsnifat turnirində hər çəkidə 2 güləşçi Paris-2024-ə vəsiqə qazanacaq.







Offside

İnyesta Messinin sirrini açıb
  • Offside
  • 17:11 23.10.2024
İnyesta Messinin sirrini açıb