- Offside
- 13:25 24.11.2024
İdman tariximizdə ilk dəfə keçirilən kiçikyaşlı taekvondoçular arasında Azərbaycan birinciliyində ikinci günə yekun vurulub.
90deqiqe.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Klubunda təşkil olunan yarışda oğlanlar arasında 2, qızlar arasında isə bir çəki dərəcəsi üzrə medalçılar məlum olub. Oğlanlar arasında 48 kq-da Cümşüd Əmrahlı, 57+ kq-da isə Əli Əliyev çempionatın qalibi adını qazanıb. Qızlar arasında isə 57+ kq-da Aliyə Məmmədli fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Qeyd edək ki, turnirdə 351-i oğlan, 95-i qız olmaqla ümumilikdə 446 taekvandoçu qüvvəsini sınayır. İdmançılar 20 çəki dərəcəsi üzrə medal dəstləri uğrunda yarışırlar. Azərbaycan birinciliyinə bu gün yekun vurulacaq.