- Offside
- 20:56 18.01.2025
Aprelin 4-dən 7-dək Rusiyanın Moskva şəhərində atçılığın dresaj növü üzrə cavan atlar (5-7 yaş) və böyük əsas atlar ("Qızıl Tur") arasında "Maksima Masters" çempionatı keçirilir.
90deqiqe.az Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinə istinadən xəbər verir ki, yarışda Azərbaycan idmançısı Aydın Əlibəyov 3 atla iştirak edir. Cavan atlar arasında keçirilən yarışda idmançımız 2 qızıl medal qazanıb.