24 oktyabr 2024. Cümə axşamı

“Basics to spesifics” – “Təməldən detallara”  kitabının təqdimat mərasimi keçirilib


  • Offside
  • 15:39 05.04.2024
  • Oxunma sayı: 90
“Basics to spesifics” – “Təməldən detallara”  kitabının təqdimat mərasimi keçirilib

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında dünyaca məşhur fizioterapevt Ramon Yahodanın “Basics to spesifics” – “Təməldən detallara”  kitabının təqdimat mərasimi keçirilib.

90deqiqe.az xəbər verir ki, tədbir ASAPES-in rektoru Fuad Hacıyevin nitqi ilə başlayıb. Universitet rəhbəri vətən müharibəsi dövründə qazilərin reabiliitasiyasında məhz akademiyanın təcrübələrindən istifadə olunduğunu qeyd edib. Azərbaycan Milli Antidopinq Agentliyinin rəhbəri Təhminə Tağızadə bu kitabın idmana bağlı hər kəs üçün etibarlı mənbə olduğunu bildirib.  

20 ildən çox fizioterapiya sahəsində təcrübəyə malik Avstriyalı mütəxəssis Ramon Yahoda kitabla bağlı məlumat verib. 14 ölkədə fəaliyyət göstərən “Complex Core” təşkilatının təsisçisi əsərinin hər yaş qrupu üzrə faydalı olduğunu söyləyib. O bildirib ki, kitabda 25 simptomun müalicəsində istifidadə edilə biləcək 600-dan çox hərəkət yer alır.

Qeyd edək ki, bu kitabın Azərbaycan dili versiyası da hazırdır və yaxın günlərdə işıq üzü görəcək.







Offside

İnyesta Messinin sirrini açıb
  • Offside
  • 17:11 23.10.2024
İnyesta Messinin sirrini açıb