- Offside
- 13:25 24.11.2024
"Barselona"nın keçmiş ulduzları Andres İnyesta və Boyan Krkiçin Danimarka 2-ci Liqa komandası "Helsingör"ü almaq üçün danışıqlar apardıqları bildirilib.
90deqiqe.az "Tipsbladet" nəşrinə istinadən xəbər verir ki, Danimarka klubunun rəsmiləri ilə danışıqlar yüksək mərhələyə çatıb.
Məlumata görə İnyestanın ortağı Coel Borras ilə birlikdə Krkicin də daxil olduğu qlobal idman, əyləncə və marketinq şirkəti NSN (Never Say Never) "Helsingör"ü almağa çox yaxındır.
İkilinin klubun təqribən 85 faizini alacağı, qalan 15 faizi isə komandanın hazırkı sahibi Bo Bay Houqaardın əlində saxlayacağı iddia edildi. Bu alışın təxminən 2 milyon avroya reallaşacağı öyrənildi.
Andres İnyesta 2018-ci ildə uzun illər oynadığı "Barselona"dan ayrılaraq Yaponiyanın "Vissel Kobe" komandasına transfer olunub. 39 yaşlı futbolçu karyerasını Birləşmiş Ərəb Əmirliklərinin “Emirates Club” komandasında davam etdirir.
Boyan Krkiç isə "Barselona"da birlikdə oynadığı İnyesta ilə "Vissel Kobe"də tanış olub və karyerasını ötən il "Japom" klubunda başa vurub.