24 oktyabr 2024. Cümə axşamı

Stolüstü tennis üzrə Azərbaycan çempionatına start verilib


  • Offside
  • 17:25 05.04.2024
  • Oxunma sayı: 88
Stolüstü tennis üzrə Azərbaycan çempionatına start verilib

Stolüstü tennis üzrə Azərbaycan çempionatına start verilib.

Bu barədə Federasiyadan  90deqiqe.Az-a məlumat verilib.

“Şüa” İdman Kompleksində keçirilən yarışa respublikanın müxtəlif şəhər və rayonlarını təmsil edən idmançılar qatılıblar. Stolüstü tennisçilər 4 gün davam edəcək çempionatda komanda, şəxsi, qoşa və qarışıq-qoşa növlərində mübarizə aparacaqlar.

Çempionatın ilk günündə komanda yarışlarının qalibləri müəyyənləşib. Kişilərin mübarizəsi “Bakı-1” kollektivinin qələbəsi ilə yekunlaşıb. “Bakı-3” ikinci, “Bakı-2” və “Şabran” komandaları üçüncü yeri tutublar.

Qadınların yarışında “Sumqayıt-1” qalib olub. “Bakı-1” ikinci, “Bakı-2” ilə “Sumqayıt-2” komandaları üçüncü pillədə qərarlaşıblar.

Qeyd edək ki, ölkə çempionatında fərqlənən idmançılara Gənclər və İdman Nazirliyinin medal və diplomları, həmçinin Azərbaycan Stolüstü Tennis Federasiyasının mükafatları təqdim olunacaq. Yarışa aprelin 8-də yekun vurulacaq.







Offside

İnyesta Messinin sirrini açıb
  • Offside
  • 17:11 23.10.2024
İnyesta Messinin sirrini açıb