- Offside
- 13:25 24.11.2024
Braziliya milli komandasının və "Barselona"nın keçmiş müdafiəçisi Dani Alveş həbsdən çıxandan sonra ilk paylaşımını dərc edib.
90deqiqe.Az xəbər verir ki, 40 yaşlı sabiq futbolçu məhkəmə bitənə qədər müsahibə verməyəcəyini bildirib.
“Hansısa mediaya müsahibə verməyim doğru deyil. Məhkəmə bitənə qədər müsahibə verməyəcəyəm”, - Alveş sosial şəbəkələrdə yazıb.
Keçmiş futbolçu qıza təcavüz etməkdə günahlandırılaraq 4,5 il müddətinə azadlıqdan məhrum edilib. 2024-cü ilin mart ayının sonunda Alveşcəzası son qüvvəyə minənə qədər 1 milyon avro girov müqabilində sərbəst buraxıldı.
Bundan əvvəl El Periodico Alveşin həbsdən çıxdıqdan sonra ilk şərhini dərc etmişdi. Xatırladaq ki, yanvarın 20-də eks-futbolçu nəzarətə götürülüb. Keçmiş müdafiəçiyə mənəvi təzminat kimi zərərçəkənə 150 min avro ödəməyə də qərar verilib.
Посмотреть эту публикацию в Instagram