22 dekabr 2025. Bazar ertəsi

Azərbaycan boksçuları Bolqarıstanda təlim-məşq toplanışına başlayıblar


  • Offside
  • 15:59 06.04.2024
  • Oxunma sayı: 144
Azərbaycan boksçuları Bolqarıstanda təlim-məşq toplanışına başlayıblar

Kişi boksçulardan ibarət Azərbaycan millisi növbəti təlim-məşq toplanışına start verib.

90deqiqe.Az-ın Azərbaycan Boks Federasiyasının rəsmi saytına istinadən məlumatına görə, 10 gün davam edəcək hazırlıq Bolqarıstanın paytaxtı Sofiyada baş tutacaq.

Toplanışa baş məşqçi Pedro Roke, böyük məşqçi Nəriman Abdullayev və məşqçi Etibar Abdullayevin rəhbərliyi altında Məsud Yusifzadə (51 kq), Şamil Əsgərov (57 kq), Malik Həsənov (63,5 kq), Nəbi İsgəndərov (67 kq), Kamran Şahsuvarlı (75 kq), Murad Allahverdiyev (80 kq) və Məhəmməd Abdullayev (+92 kq) qatılıblar.

Qeyd edək ki, toplanış Avropa çempionatı və Dünya Olimpiya Təsnifat turnirinə hazırlıq məqsədi daşıyır.







Offside