27 iyul 2024. Şənbə

"Real"ın oyunçusu öz komandasını tənqid etdi


  • Offside
  • 16:12 06.04.2024
  • Oxunma sayı: 74
"Real"ın oyunçusu öz komandasını tənqid etdi

İspaniyanın "Real Madrid" klubunun hücumçusu Mario Hezonja öz komandasını "Baskoniya" ilə matçdakı çıxışına görə tənqid edib.

90deqiqe.Az xəbər verir ki, 29 yaşlı forvard sözügedən görüşdə zəif oynadıqlarını bildirib.

“Biz başa düşürük ki,  "Baskoniya"ya da bizim kimi yalnız qələbə lazım idi. Bizim işimiz rəqabətə davamlı olmaq üçün təzyiqi artırmaqdır. Oyunlarda qalib gəlməliyik, çünki indi uduzsaq, mövsüm boyu çəkdiyimiz bütün zəhmət boşa çıxacaq. Çox heyif ki, belə oldu.

Mən dəqiq nə etməliyəm? Pozitiv olmaq? Bu asan deyil, çünki hamımız qələbə qazanmaq istəyirik. Burada hamımız qalibik və birinci olmağımızın və ya pley-offa yüksəlməyimizin fərqi yoxdur. Keçən il olduğu kimi daha yaxşı və daha birləşərək oynamalıyıq. Bu baş verməsə, biz evə qayıtmalı olacağıq”

Qeyd edək ki, dünən baş tutan görüşdə  "Baskoniya" 95:91 hesabı ilə qalib gəlib.







Offside