22 dekabr 2025. Bazar ertəsi

Daha bir güləşçimiz “Paris-2024”də mübarizə aparacaq


  • Offside
  • 20:59 07.04.2024
  • Oxunma sayı: 148
Daha bir güləşçimiz “Paris-2024”də mübarizə aparacaq

Aprelin 7-də Avropa Olimpiya Təsnifat turnirində daha bir Azərbaycan güləşçisi “Paris-2024”ə vəsiqə qazanıb.

90deqiqe.Az xəbər verir ki, 125 kiloqram çəki dərəcəsində mübarizə aparan Azərbaycanın sərbəst güləşçisi Georgi Meşvildişvili yarımfinalda bolqarıstanlı Alen Xubulovu 7:0 hesabı ilə məğlubiyyətə uğradaraq bu uğura imza atıb.

Xatırladaq ki, daha əvvəl bu turnirdə mübarizə aparan sərbəst güləşçilər Osman Nurmaqomedov (86 kiloqram),Turan Bayramov (74 kiloqram), Hacı Əliyev (65 kiloqram) və Əliabbas Rzazadə (57 kiloqram), həmçinin Maqomedxan Maqomedov (97 kiloqram) Olimpiadaya lisenziya əldə ediblər.







Offside