- Offside
- 23:34 21.12.2025
Qadın voleybolçuların Azərbaycan çempionatında dövrə oyunları aprelin 9-da başa çatacaq.
90deqiqe.az xəbər verir ki, Yüksək Liqanın 20-ci turunun bütün qarşılaşmaları Bakıda keçiriləcək.
Günün ilk matçı GİN-nin Voleybol Mərkəzində saat 15:00-da “Abşeron” və “AZERRAIL” komandaları arasında olacaq. Ardınca meydançaya “Murov Az Terminal” və “Gəncə” kollektivləri çıxacaqlar. Saat 18:00-da başlayacaq bu görüş “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq.
Turun digər oyunu isə UNEC-in İdman zalında təşkil olunacaq. Saat 18:00-da start götürəcək bu matçda “Milli Aviasiya Akademiyası” və UNEC üz-üzə gələcəklər.
Qeyd edək ki, bu oyunlardan sonra pley-off mərhələsi start götürəcək.
9 aprel
Yüksək Liqa (qadınlar)
XX tur
15:00. “Abşeron” – “AZERRAIL”
18:00. “Murov Az Terminal” – “Gəncə” (CBC Sport – canlı)
GİN-nin Voleybol Mərkəzi
18:00. “Milli Aviasiya Akademiyası” – UNEC
UNEC-in idman zalı