27 iyul 2024. Şənbə

"Paris 2024" yolunda ilk təsnifat həyəcanı başlayır


  • Offside
  • 21:35 08.04.2024
  • Oxunma sayı: 107
"Paris 2024" yolunda ilk təsnifat həyəcanı başlayır

3x3 qadın millimizin “Paris 2024” yolunda ilk təsnifat həyəcanı başlayır 

90deqiqe.az xəbər verir ki, 12 aprel Honq Konqda 3x3 basketbol üzrə “Paris 2024” Olimpiadasına vəsiqə verən ilk təsnifat oyunlarına start veriləcək. Dina Ulyanova, Tiffani Heys, Aleksandra Mollenhauer və Mersedes Volker ‘dən ibarət qadın millimiz “B” qrupunda Çili, Niderland və Monqolustan yığmaları ilə qarşılacaq. Millimiz qrupda ilk oyununu 12 aprel Bakı vaxtı ilə saat 11:30 ‘da Çili milli komandasına qarşı keçirəcək. Qızlarımızın qrupda növbəti oyunları 13 aprel Bakı vaxtı ilə saat 11:55 ‘də Monqolustana, saat 13:45 ‘də isə Niderland seçməsinə qarşı olacaq. Məlumat üçün bildirək ki, oyunlar CBC sport telekanalı vasitəsilə canlı olaraq yayımlanacaq.

Qeyd edək ki, qrupda ilk iki yeri tutan komandalar yarımfinala vəsiqə qazanacaqlar.

 







Offside