21 aprel 2026. Çərşənbə axşamı

Azərbaycan savatçıları İtaliyada 4 qızıl medal qazanıblar


  • Offside
  • 23:34 08.04.2024
  • Oxunma sayı: 162
Azərbaycan savatçıları İtaliyada 4 qızıl medal qazanıblar

Azərbaycan savatçıları İtaliyanın Genuya şəhərində keçirilən beynəlxalq turnirdə dörd medal qazanıblar.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən 90deqiqe.Az -a bildiriblər ki, bunlardan üçü qızıl, biri isə gümüş mükafatdır.

Yığmanın heyətində Yasin İbrahimov (56 kiloqram), Məhəmməd Məmmədli (48 kiloqram) və Raul Hüseynzadə (30 kiloqram) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Nihat Quliyev (60 kiloqram) isə ikinci yeri tutub. Onlar savaşın assault və prokombat növləri üzrə yarışlarda buna nail olublar.

 







Offside