24 oktyabr 2024. Cümə axşamı

Ronaldo qırmızı aldı, komandası Super Kubokda uduzdu - VİDEO


  • Offside
  • 01:40 09.04.2024
  • Oxunma sayı: 153
Ronaldo qırmızı aldı, komandası Super Kubokda uduzdu - VİDEO

Kriştianu Ronaldo bir başa qırmızı vərəqə aldı, "Əl-Nəsr" Super Kubokda məğlub oldu.

90deqiqe.az xəbər verir ki, Səudiyyə Ərəbistanı Super Kubokunda çempion bəlli olub. Həlledici matçda "Əl Hilal" və "Əl-Nəsr" klubları qarşılaşıblar. Görüşdə hesabı Otavio (Əl-Nəsr) açsa da qol VAR-ın mudaxiləsi ilə ləğv edilib. İkinci yarıda Salem Əl Davsari və Malkomun qolları ilə önə keçən "Əl Hilal" son dəqiqələrdə Sadio Manenin qoluna baxmayaraq Super Kubokun sahibi olublar.

Matçda maraqli məqam isə "Əl-Nəsr"in superulduzu Kristianu Ronaldonun 86-cı dəqiqəsində meydandan qovulması olub. Rəqib oyunçuya qarşı kobudluq edən portuqaliyalı forvard bir başa qırmızı vərəqə ilə cəzalanıb







Offside

İnyesta Messinin sirrini açıb
  • Offside
  • 17:11 23.10.2024
İnyesta Messinin sirrini açıb