24 oktyabr 2024. Cümə axşamı

Cüdo üzrə Bakı kəndləri birinciliyi keçiriləcək - FOTOLAR


  • Offside
  • 10:44 09.04.2024
  • Oxunma sayı: 95
Cüdo üzrə Bakı kəndləri birinciliyi keçiriləcək - FOTOLAR

Cüdo üzrə Bakı kəndləri birinciliyi keçiriləcək

90deqiqe.az xəbər verir ki, 13-14 apreldə cüdo üzrə U-13 kiçik yaşlı yeniyetmələr arasında Bakı kəndləri birinciliyi keçiriləcək.

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, "Bakı Abadlıq Xidməti” MMC və Azərbaycan Cüdo Federasiyasının birgə təşkilatçılığı ilə baş tutacaq turnirdə Bakı kəndlərinin müxtəlif klub, cəmiyyət və idman təşkilatından 400-ə yaxın cüdoçu qatılacaq. Yarışda qızlar və oğlanlar arasında 20 çəki dərəcəsində qaliblər bəlli olacaq.

Turnir Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Mərkəzində baş tutacaq.

Yarışın əsas məqsədi kiçik yaşlı yeniyetmələr arasında idman vasitəsi ilə sağlam həyat tərzinin formalaşdırılması ilə yanaşı, Bakı kəndlərində cüdo idman növünə marağın artırılması və cüdonun kütləvi təbliğinə və təşviqinə nail olmaqdır.







Offside

İnyesta Messinin sirrini açıb
  • Offside
  • 17:11 23.10.2024
İnyesta Messinin sirrini açıb