27 iyul 2024. Şənbə

Rafael Nadal korta qayıdır


  • Offside
  • 15:36 09.04.2024
  • Oxunma sayı: 73
Rafael Nadal korta qayıdır

22 qat Böyük Dəbilqə çempionu, keçmiş dünya bir nömrəsi tennisçi Rafael Nadal tura hansı turnirdə qayıtmaq istədiyini açıqlayıb.

90deqiqe.Az xəbər verir ki, ispan tennisçi Barselona və ya Madriddə baş tutacaq turnirlərdə iştirak etmək istədiyini bildirib.

“Bir neçə ay mədə problemim var idi. Gündən-günə, həftədən həftəyə addım-addım irəliləyirəm. Heç nəyi istisna etmirəm, amma deyə bilmərəm ki, burada yox, burada oynayacağam. Mən Barselonada oynamaq istərdim. Amma alınmasa, bu, Madriddə olacaq”

Qeyd edək ki, Barselonada keçiriləcək ATP-500 turniri aprelin 15-dən 21-dək keçiriləcək. Madriddə magistrlər aprelin 24-dən mayın 5-dək keçiriləcək.

Bundan əvvəl Rafael Nadal aprelin 7-də başlayan Monte Karloda (Monako) gil “minlik”dən geri çəkildi.







Offside