24 oktyabr 2024. Cümə axşamı

Azərbaycanın veteran cüdoçuları İngiltərədə master-klas keçəcəklər


  • Offside
  • 17:02 09.04.2024
  • Oxunma sayı: 82
Azərbaycanın veteran cüdoçuları İngiltərədə master-klas keçəcəklər

Azərbaycanın veteran cüdoçuları Rüstəm Orucov və Orxan Səfərov İngiltərədə master-klas keçəcəklər.

Azərbaycan Cüdo Federasiyasından 90deqiqe.Az-a verilən məlumata görə, onlar bu gün sözügedən ölkəyə yola düşəcəklər.

Səfər çərçivəsində yerli cüdo klubları və akademiyasında rəsmilərlə görüş keçirib, sessiyalarda iştirak edəcəklər.

Master-klas aprelin 13-14-də “Sport Wales” Milli Mərkəzində və “Camberley” Cüdo Klubunda baş tutacaq. Veteran idmançılar uşaqlar və böyüklər üçün ustad dərsi təşkil edəcək və təcrübələrini bölüşəcəklər. Həmçinin yaşlı şəxslər üçün təşkil olunacaq “Safe Falls” sessiyasına qatılacaqlar.

Veteran cüdoçular eyni zamanda Böyük Britaniyada cüdo klublarının fəaliyyəti ilə tanış olaraq öyrəndikləri təcrübələri Azərbaycanda tətbiq etməyə çalışacaqlar.







Offside

İnyesta Messinin sirrini açıb
  • Offside
  • 17:11 23.10.2024
İnyesta Messinin sirrini açıb