24 oktyabr 2024. Cümə axşamı

Sahib Bağırov dünya çempionatında gümüş medal qazanıb


  • Offside
  • 17:51 09.04.2024
  • Oxunma sayı: 150
Sahib Bağırov dünya çempionatında gümüş medal qazanıb

Dubayda stronqmen idman növü üzrə dünya çempionatı keçirilib.

Mundialda ölkəmizi 5 nəfərdən ibarət heyət təmsil edib.

Gənclər və İdman Nazirliyinin dəstəyi ilə yarışa yollanan milli 1 medala sahib olub. Sahib Bağırov (95 kq) 25-dək rəqibi arasında ikinci olaraq gümüş medal qazanıb.

Dünya çempionatı Azərbaycan Stronqmen Federasiyası üçün əlamətdar olub. Federasiyanın üzvü, beynəlxalq dərəcəli hakim Camal Əhmədzadə ilk dəfə dünya çempionatında ədaləti qoruyub.

Milli komandamızın digər üzvü Elnurə Bağırova ilk dəfə çıxış etdiyi çempionatda medalın bir addımlığında dayanaraq dördüncü olub. Avropa çempionu Nicat Hüseynov (110 kq) zədə səbəbindən mükafatçılar sırasında yer ala bilməyib. O, yarışı səkkizinci pillədə başa vurub.

Yığma komandamız çempionatda Azərbaycan Bodibildinq və Fitnes Federasiyasının stronqmen idman növü üzrə vitse-prezidenti Bəxtiyar Quliyevin rəhbərliyi altında mübarizə aparıb. Çempionatda 35 ölkədən idmançılar birincilik uğrunda yarışıb.







Offside

İnyesta Messinin sirrini açıb
  • Offside
  • 17:11 23.10.2024
İnyesta Messinin sirrini açıb