22 dekabr 2025. Bazar ertəsi

Azərbaycanın stolüstü tennisçiləri Türkiyəyə yollanıblar


  • Offside
  • 20:03 10.04.2024
  • Oxunma sayı: 143
Azərbaycanın stolüstü tennisçiləri Türkiyəyə yollanıblar

15 yaşadək stolüstü tennisçilərdən ibarət Azərbaycan millisi Türkiyəyə yola düşüb.

90deqiqe.Az-ın məlumatına görə, Tunar Bağırov, Şakir Qədirov, Banu Baytallı və Şəbnəm Mansurovadan ibarət heyət məşqçi Zakir Cavadovun rəhbərliyi ilə Balıkesirdə təşkil olunacaq “Türk Dövlətləri” beynəlxalq təlim-məşq toplanışı və dostluq yarışında iştirak edəcək.

Türkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan və Şimali Kipr idmançılarının qatılacaqları təlim-məşq toplanışı və yarışı 11-17 aprel tarixlərində keçiriləcək.







Offside