- Offside
- 23:34 21.12.2025
İspaniyalı tennisçi və dünyanın keçmiş bir nömrəsi Rafael Nadal Barselonada (İspaniya) ilk məşqini keçirib.
90deqiqe.Az xəbər verir ki, bu barədə 37 yaşlı raketka ustası öz şəxsi sosial şəbəkə hesablarında paylaşım edib.
“Barselonadan salamlar! İlk məşq... turnirin başlamasına bir neçə gün qalmış burada olmaq ümidi ilə.Necə getdiyini görmək üçün buradayam... oynamağa çalışmaq arzusu ilə. Bu barədə sizə məlumat verəcəyəm.Demək vacibdir ki, mən oynayacağımı təsdiqləmək istəmirəm, sadəcə ümid edirəm.Baxacağıq”, - Nadal yazısının altına yazıb.
Tennisçi Nadal onu narahat edən zədələrə görə bu mövsüm iştirak etmir. Bir neçə dəfə starta az qalmış yarışlardan geri çəkildi, heç vaxt korta girmədi. Bununla belə, ispaniyalı yenidən oynamağa başlamaq üçün tez-tez cəhdlər edərək, təqaüdə çıxdığını açıqlamayıb.
Xatırladaq ki, aprelin 15-dən 21-dək Barselonada tennis üzrə ATP-500 turniri keçiriləcək. Burada 48 idmançı iştirak edəcək. Qarşılaşmalar gil üzərində olacaq.
