7 fevral 2026. Şənbə

"Sabah" "Sumqayıt"ı sınağa çəkəcək


  • Offside
  • 09:53 12.04.2024
  • Oxunma sayı: 165
"Sabah" "Sumqayıt"ı sınağa çəkəcək

Bu gün Azərbaycan Basketbol Liqasında XVII turun növbəti oyunu keçiriləcək.

90deqiqe.az xəbər verir ki, günün yeganə görüşü Sumayıtda baş tutacaq.

Çempion "Sabah" şəhərin eyniadlı komandasının qonağı olacaq. 3 oyundur məğlub olmayan meydan sahibləri uğurlu seriyanın ardını gətirmək niyətindədirlər. Qonaqlar isə yenidən 1-ci pilləyə yüksəlməyə ümid edirlər.

Qeyd edək ki, turun ilk matçlarında "Sərhədçi" "Xəzri"ni 90:70, "Xırdalan" "Neftçi"ni 114:109 hesabı ilə məğlub edib. Aprelin 13-də "Cəlilabad" NTD-İNDİQO ilə üz-üzə gələcək. Tura ayın 14-də "Şəki" - "Gəncə" görüşü ilə yekun vurulacaq.







Offside