24 noyabr 2024. Bazar günü

Neymar özünü xoşbəxt sayır


  • Offside
  • 19:32 12.04.2024
  • Oxunma sayı: 108
Neymar özünü xoşbəxt sayır

Oktyabr ayından zədə səbəbindən klubda oynamayan "Əl-Hilal"ın hücumçusu Neymar komandasının Səudiyyə Superkubokunun finalında "Əl-İttihad"la qazandığı qələbə (1:4) ilə bağlı açıqlama verib.

90deqiqe.Az-ın məlumatına görə, braziliyalı forvard şəxsi sosial şəbəkə hesabında bu qələbəni belə şərh edib.

 "Məktəbdəki kimidir: uşaqlar işi gördülər, mən isə sadəcə qiymətləri aldım" -deyə, Neymar qeyd edib.

Xatırladaq ki, matçda 5-ci dəqiqədə “Əl-Hilal”ın hücumçusu Malkom hesabı açıb. 21-ci dəqiqədə "Əl-İttihad"ın hücumçusu Abderrazaq Hamdallah hesabı bərabərləşdirib. 44-cü dəqiqədə Salem Əl-Dəvsəri əl-Hilalı yenidən hesabda önə keçirib. 89-cu dəqiqədə Malkolm dubla imza atıb. Matçın 90+6-cı dəqiqəsində yarımmüdafiəçi Nasser Əl-Dəvsəri hesabı darmadağın edib.

Səudiyyə Ərəbistanı Superkubokunun yarımfinal matçında “Əl-Hilal” “Əl-Nəsr”ə 2:1 hesabı ilə qalib gəlib. “Əl-İttihad” bu turnirin bu mərhələsində “Əl-Vəhda”ya 2:1 hesabı ilə qalib gəlib.







Offside