- Offside
- 13:25 24.11.2024
Azərbaycanın iki boksçusu Xsorvatiyanın Poreç şəhərində keçirilən gənclər arasında Avropa birinciliyində finala yüksəlib.
90deqiqe.Az xəbər verir ki, hər iki milli üzvü yarımfinal görüşlərini qələbə ilə başa vurublar.
48 kq-da Bilalhəbaşi Nəzərov Frihah İsmael Maqraou (İspaniya) ilə üz-üzə gəlib və rəqibini 5:0 (29:28, 30:27, 30:26, 30:27, 30:27) hesabı ilə məğlub edib. O, finalda Aleksandr Zveryevlə (Ukrayna) münasibətinə aydınlıq gətirəcək.
Ömər Aslanlı (54 kq) da adını həlledici görüşə yazdırıb. Yığma üzvü yarımfinalda bolqarıstanlı Atanas Dinkovu 5:0 (30:25, 29:26, 29:26, 30:25, 30:25) hesabı ilə məğlub edib. Aslanlı qızıl medal uğrunda Maksim Çekinlə (Ukrayna) qarşılaşacaq.
Avropa birinciliyində çempionluq döyüşləri aprelin 14-də baş tutacaq.