24 oktyabr 2024. Cümə axşamı

Lisenziya turniri: Azərbaycan millisi qrupda sonuncu oyununu keçirib - YENİLƏNİB


  • Offside
  • 14:33 13.04.2024
  • Oxunma sayı: 146
Lisenziya turniri: Azərbaycan millisi qrupda sonuncu oyununu keçirib  - YENİLƏNİB

Daha əvvəl yarımfinala vəsiqəni təmin edən Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan turnirin qrup mərhələsində sonuncu görüşünə çıxıb.

90deqiqe.Az xəbər verir ki, Honkonqda təşkil olunan təsnifat yarışının B qrupunda yer alan yığmanın növbəti rəqibi Niderland seçməsi olub. Görüş komandamızın 15:11 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

Bununla da daha öncə yarımfinala yüksələn Niderland millisi qrupu birinci, Azərbaycan seçməsi isə ikinci yerdə bitirib.

Qeyd edək ki, yığma əvvəlki qarşılaşmalarda Çili və Monqolustanı məğlub edib.

***

Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Honqkonqda təşkil olunan Olimpiya Təsnifat turnirində yarımfinala vəsiqə qazanıb.

90deqiqe.Az-ın məlumatına görə, yığma buna B qrupunun II tur matçında Monqolustana qalib gəlməklə (13:12) nail olub.

Ötən gün Çilini məğlub edən (17:14) komanda III turda Niderlandla görüşəcək. Bu matç qrup liderini müəyyənləşdirmək üçün əhəmiyyətli olacaq.

Qeyd edək ki, yarımfinal və həlledici matçlar aprelin 14-də baş tutacaq. Honkonqdakı turnirin qalibi Paris-2024 Yay Olimpiya Oyunlarına yeganə vəsiqəyə sahib çıxacaq.







Offside

İnyesta Messinin sirrini açıb
  • Offside
  • 17:11 23.10.2024
İnyesta Messinin sirrini açıb