24 oktyabr 2024. Cümə axşamı

Tennis üzrə Azərbaycan birinciliyinin qalibləri bəlli olub


  • Offside
  • 17:04 13.04.2024
  • Oxunma sayı: 81
Tennis üzrə Azərbaycan birinciliyinin qalibləri bəlli olub

Tennis üzrə Azərbaycan birinciliyi başa çatıb.

90deqiqe.Az-ın məlumatına görə, yarış Gənclər və İdman Nazirliyi, Azərbaycan Tennis Federasiyasının birgə təşkilatçılığı ilə baş tutub.

Bakı Tennis Akademiyasındakı turnirdə müxtəlif yaş kateqoriyalarından 46 idmançı mübarizə aparıb.

8-10 yaşlı oğlanlar arasında 1-ci yeri Heydər Əsgərəlizadə, 2-ci yeri Daniil Morozkov, 3-cü yeri Anar Şahkərimov tutub.

11-12 yaşlı oğlanlarda Murad Behbud, Cavid Məmmdəli, Raul Yüzbaşov, 13-16 yaşlılarda isə Artem Mikoliuk, Tamerlan Kərimov, Nazim Məlikov ilk üçlükdə qərarlaşıb.

8-10 yaşlı qızlardan İnci Orman, Rania Hacıyeva, Banu Rəfiyeva, 11-12 yaşlı qızlar arasında Cəmilə Hüseynzadə, Aylin Həsənova, Melissa Məlikova, 13-16 yaşlılarda isə Tansu Qədirli, Nurel Əliyeva və Mədinə Qurbanova mükafatçılar sırasına düşüb.







Offside

İnyesta Messinin sirrini açıb
  • Offside
  • 17:11 23.10.2024
İnyesta Messinin sirrini açıb