24 noyabr 2024. Bazar günü

“Kaka heç vaxt mənə xəyanət etməyib, amma..."


  • Offside
  • 17:18 13.04.2024
  • Oxunma sayı: 315
“Kaka heç vaxt mənə xəyanət etməyib, amma..."

"Milan"ın və "Real Madrid"in yarımmüdafiəçisi Kakanın keçmiş həyat yoldaşı Karolina Seliko maraqlı açıqlama verib.

90deqiqe.Az-ın məlumatına görə, Karolina, 2015-ci ildə futbolçunun onun üçün "çox mükəmməl" olduğuna görə ondan boşanmaq qərarına gəldiyini bildirib.

“Kaka heç vaxt mənə xəyanət etməyib. Mənə yaxşı münasibət göstərdi, mənə gözəl ailə bəxş etdi, amma xoşbəxt deyildim, nəsə çatışmırdı. Problem onda idi ki, o, mənim üçün çox mükəmməl idi”, - deyə Seliko X (keçmiş Twitter) sosial şəbəkəsində Football Talk yazıb.

Kaka və Seliko 9 illik evlilikdən sonra boşanıblar. Keçmiş həyat yoldaşlarının İzabella adlı bir qızı və Luka adlı bir oğlu var.

Xatırladaq ki, Kaka 2017-ci ilin dekabrında təqaüdə çıxıb. Yarımmüdafiəçinin son klubu Amerikanın "Orlando"su olub. Kaka karyerasında Milanda ən çox oyun keçirib - 307.







Offside